AZ

Durov ELAN ETDİ: ""Telegram" bu yolda ilk addımı atdı"

""Telegram" messenceri video platforma olmaq yolunda ilk addımı atdı".

Publika.az xəbər verir ki, bu barədə bu messencerin təsisçisi, sahibkar Pavel Durov öz "Telegram" kanalında yazıb.

Biznesmenin sözlərinə görə, indiyədək "Telegram"da müxtəlif çat və kanallarda videolar dərc edildiyi formatda nümayiş etdirilirdi. Bu səbəbdən istifadəçilər telefonlarına gigabaytlarla məlumat endirilməsini və videoların tam yüklənməsini gözləmək məcburiyyətində qalıblar. Bununla yanaşı, messencerin təsisçisi vurğulayıb ki, hətta qısa yazılara baxanda belə problemlər yaranıb.

"Bugünkü yeniləmə ilə "Telegram" serverləri populyar videoları bir neçə keyfiyyət variantına sıxışdıracaq və onları yayım üçün optimallaşdıracaq", - Durov qeyd edib.

O, vurğulayıb ki, bu yenilik sayəsində messencer konkret videonu hansı keyfiyyətdə oynatmağı avtomatik seçməyə başlayacaq. Bu prosesdə hər bir fərdi istifadəçinin cihazında İnternet bağlantısının sürəti əsas rol oynayacaq.

Seçilən
26
4
publika.az

8Mənbələr