AZ

Rusiyanın bəzi bölgələrində məscid tikintisinə qadağa qoyulub?

...Bu arada Rusiya Dövlət Dumasının “Yeni İnsanlar” fraksiyasından olan deputatlar çoxmənzilli binalarda ictimai ibadət və dini mərasimlərin keçirilməsini qadağan edən qanun layihəsini parlament palatasına təqdim ediblər.

İzahatda qeyd edildiyi kimi, “qanun layihəsi çoxmənzilli binaların qeyri-yaşayış sahələrində ictimai ibadətlərin, dini ayinlərin və mərasimlərin keçirilməsini məhdudlaşdırmaq məqsədi daşıyır”.

Qeyd olunur ki, məhdudiyyətlər olmadığı halda “vətəndaşlar və ya dini qurumlar bundan istifadə edərək çoxmənzilli binaların sakinlərinin rahatlığını məhdudlaşdırırlar”.

Qanun layihəsinin müəlliflərinin fikrincə, “yaşayış binasında yaşamayan, o cümlədən qeyri-qanuni miqrantların çoxsaylı qruplarının toplanması ərazidə kriminal vəziyyəti pisləşdirmək, məişət münaqişələrinə səbəb olmaq, yanğın təhlükəsizliyini və ictimai qaydanı pozmaq riskini artırır.

SİA-nın əldə etdiyi məlumata görə, qanun layihəsi həmçinin yaşayış binalarında ictimai ibadətlərin, dini ayinlərin və sistematik xarakter daşıyan mərasimlərin keçirilməsini məhdudlaşdırmağa yönəlib

Mətndən belə görünür ki, qanun qəbul olunarsa, Rusiyada mənəvi ehtiyaclarını ödəmək üçün binalar icarəyə götürən müsəlmanların maraqlarına toxunacaq.

Bu gün Rusiyada məscidlərin çatışmazlığı şəraitində dini qurumlar dindarların mənəvi ehtiyaclarını ödəmək üçün hüquqi imkanlar axtarırlar.

Qeyd edilməlidir ki, piyada məsafədə kifayət qədər sayda məscidin olmadığı bir sıra qeyri-müsəlman ölkələrində bu məsələ icmalara uyğun yerlərin ayrılması yolu ilə həll edilir.

Məsələn, Paris hakimiyyəti müsəlman icmasına keçmiş hərbi hissənin ərazisini təmənnasız olaraq verdi, burada dindarlar yerli sakinlərə ciddi narahatlıq yaratmadan cümə və bayram günlərində toplaşırlar.

Qeyd edilməlidir ki, çoxmənzilli binaların qeyri-yaşayış sahələrindən ibadət yeri kimi istifadə edilməsi şəhər rəhbərliyi ilə təmasdan sonra baş tutur, amma...

...Gərək ki, xatırlamış olarsınız, ötən nömrələrimizin birində SİA “...Son 20 ildə Rusiyada məscid tikintisinə etirazlar yaranıb..!” başlıqlı yazı ilə çıxış etmişdi.

Həmən yazıda Rusiyanın Krasnodar hakimiyyətinin illərdir ki, şəhərdə rəsmi olaraq məscid tikmək barədə düşünməyə söz versə də, amma bu günə qədər bunun həllinin tapılmadığını bildirmişdik.

...Və əslində belə görünür ki, “məscid tikmək barədə düşünmə” təkcə Krasnodarda deyil, artıq Rusiyanın əksər bölgələrinə sirayət edib.

Əli Babayev

P.S: Sonradan ekspertlər Krasnodar diyarında məscidlərin tikintisinə qadağa qoyulduğunu etiraf etmişdilər.

Seçilən
46
sia.az

1Mənbələr