AZ

Bugündən bu prospekt və küçələrdə diqqətli olun! - SİYAHI

Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib.

Xüsusi hərəkət zolaqları COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilib.

Beləliklə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

COP29 zolaqlarına daxil olanlar inzibati məsuliyyətə cəlb ediləcəklər və 100 manat+3 bal dəyərində cərimələnəcəklər.

Artıq həmin zolaqlara avtobus zolağı statusunu verən 5.9, yəni “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılıb.

COP29 zolaqlarına daxil olanlar inzibati məsuliyyətə cəlb ediləcəklər və 100 manat+3 bal dəyərində cərimələnəcəklər.

Artıq həmin zolaqlara avtobus zolağı statusunu verən 5.9, yəni “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılıb.

Qeyd edək ki, oktyabrın 15-də Yerüstü Nəqliyyat Agentliyi 31 oktyabradək COP29 zolaqlarına avtomobillərin daxil ola biləcəyi barədə məlumat yaymışdı.

Qurum paytaxtımızda keçiriləcək beynəlxalq tədbirdən sonra bu zolaqların silinməyəcəyini və ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün qalacağını bildirmişdi.

Seçilən
56
10
sportinfo.az

10Mənbələr