Məlum olduğu kimi hər il dünyanın bir çox ölkələrində "Halloween" bayramı keçirilir. Artıq bir neçə ildir Azərbaycanda da bu bayramı qeyd edənlər var, lakin xristianlara aid olduğu deyilən bu bayrama münasibət birmənalı deyil.
Moderator.az musavat.com-a istinadən bildirir ki, Azərbaycandakı Apostol Prefekturasının mətbuat katibi Tural Ağayev bu bayramın heç də xristian dininə aid olmadığını deyib:
"Qərbdən gələn hər şeyi xristian adlandırmaq sadəcə cəhalətdir.
Qərb xristianları 31 oktyabr axşamı və 1 noyabr tarixində Bütün Müqəddəslər bayramını qeyd edir. Bu dini bayramdır və kilsələrdə ibadət ilə qeyd olunur.
"Halloween" adlanan "bayram" isə mənası təhrif olunmuş dünyavi əyləncədir. Ölümü məzhəkəyə qoymaq, "şər qüvvələrı" yamsılamaq - mənəvi-mədəni seçim məsələsidir".