AZ

ABŞ Ukraynaya yeni hərbi yardım elan etməyi planlaşdırır.

ABŞ Ukraynaya yeni hərbi yardım elan etməyi planlaşdırır. Bu, yaxın günlərdə baş verəcək.

Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostinin mətbuat konfransı zamanı məlumat verib.

ABŞ müdafiə naziri vurğulayıb ki, Şimali Koreya əsgərlərinin Rusiyaya təhvil verilməsi Rusiya diktatoru Vladimir Putinin çarəsizliyindən, eləcə də Ukraynaya qarşı müharibəni davam etdirmək planlarından xəbər verir.

Ostin bildirib ki, Birləşmiş Ştatlar və Müdafiə Təmas Qrupundakı müttəfiqləri də.Ukrayna müdafiəçilərinə hərbi yardımı artırmağa davam edəcək,

“Söhbət artilleriya, hava hücumundan müdafiə, zirehli texnika, döyüş sursatı və digər mühüm silahlardan gedir”, - deyə Pentaqon rəhbəri əlavə edib.

Oxuməni.az

Seçilən
62
oxumeni.az

1Mənbələr