AZ

Polşa Rusiya ilə sərhəddə divar hörür

Polşa hakimiyyəti “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya Federasiyası ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədəki səhifəsində bildirib.

O, paylaşımına torpaq işləri aparan ekskavatorları əks etdirən fotoşəkil əlavə edib. “Şərq Qalxanının tikintisinə başlanılıb”- deyə Tusk yazıb.

Polşa hakimiyyəti may ayının əvvəlində Şərq Qalxanı proqramını elan etmişdi. Dəyəri 10 milyard zloti (təxminən 2,5 milyard dollar) təşkil edən işlərin tamamlanması 2028-ci ilə planlaşdırılır.

Birbaşa Belarus və Rusiya ilə 800 km-lik sərhəd zonasında xəndəklərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə kirpilərin quraşdırılması, aktiv müşahidə sisteminin yaradılması planlaşdırılır.


Müəllif: Teleqraf.com
Seçilən
17
3
teleqraf.com

4Mənbələr