AZ

Xurmanın tərkibində hansı vitaminlər var?

“Xurmanın tərkibində çoxlu faydalı mikroelementlər var”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu qastroenteroloq Yekaterina Kaşux deyib.

Kaşuxun sözlərinə görə, xurma orqanizmin hüceyrələrini qoruyan antioksidantlarla zəngindir. Onların arasında görmə qabiliyyətini qorumağa kömək edən A vitamini, həmçinin onun prekursorları – karotinlər var.

Bundan əlavə, bu meyvənin tərkibində ürək-damar sistemi və immunitet üçün faydalı olan C, P və B vitaminləri, həmçinin kalium və maqnezium var. Xurmanın tərkibində həzmi yaxşılaşdıran lif də var.

Həkim aydınlaşdırıb ki, şəkərli diabet xəstələri xurmadan ehtiyatla istifadə etməlidirlər, çünki qanda şəkərin qəfil qalxmasına səbəb ola bilər.

Bundan əlavə, mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi olan insanlarda xurma tərkibində çox miqdarda tanen olduğu üçün mədədə ağırlıq yarada bilər.

Seçilən
77
6
medianews.az

9Mənbələr