AZ

Lavrov Türkiyənin BRİKS-ə qoşulmasının nəticələrini dəyərləndirdi

Türkiyənin BRİKS-ə daxil olması assosiasiyanın inkişafına mühüm töhfə verəcək.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Kazanda keçirilən sammitdə  BRİKS iştirakçılarının hazırkı tərkibinin konsolidasiyası və tərəfdaş ölkələr assosiasiyasına daxil olması lehinə seçim edilib. Əminəm ki, Türkiyə BRİKS-in gələcək inkişafına mühüm töhfə verməyə qadirdir”, - deyə departament rəhbəri bildirib.

Lavrov əlavə edib ki, Türkiyənin BRİKS-də iştirakının parametrləri ilə bağlı qərar assosiasiyanın bütün ölkələrinin konsensusu əsasında veriləcək.

Sentyabrın 2-də Türkiyə rəsmi olaraq BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib. 

Oktyabrın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hər hansı dövlətin NATO və ya Avropa İttifaqına üzv olması  onun BRİKS-ə daxil olmasına maneə deyil. Onun sözlərinə görə, təşkilat, prinsipcə, ölkələrdən tərəf seçməyi tələb etmir.

Gülayə Mecid 

Seçilən
43
2
unikal.az

3Mənbələr