AZ

Ağ Ev Baydenin çıxışına əl gəzdirdi: “Zibil” sözü silindi

ABŞ prezidenti Co Baydenin respublikaçı Donald Trampın tərəfdarlarını zibil adlandırmasından sonra Ağ Evin mətbuat xidməti nitqinin stenoqramına dəyişiklik edib.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Xatırlayaq ki, Baydenin qalmaqala səbəb olan ifadəsi belə səsləndi: “Mənim gördüyüm yeganə zibil onun (ABŞ prezidentliyinə namizəd Donald Tramp) tərəfdarlarıdır.

Bayden bu ifadəni Tramp tərəfdarı olan komediya aktyoru Toni Hinckliffenin ABŞ-ın Puerto Riko ada ərazisini “üzən zibil adası” adlandırmasının şərh edərkən işlədib.

Bununla belə, Bayden administrasiyasının mətbuat xidməti onun nitqinin stenoqramını orijinal formada dərc etməyib, “tərəfdarları” sözünü isə “tərəfdar” ilə əvəz edib. Beləliklə, Ağ Ev bildirib ki, Bayden Trampı dəstəkləyən milyonlarla amerikalıları deyil, yalnız Hinckliffeni nəzərdə tutur.

Seçilən
28
publika.az

1Mənbələr