AZ

İcra hakimiyyətlərinin yiyə çıxmadığı Yeni Ramana:Aeroportun bir addımlığında dəhşətli mənzərə- VİDEO

Paytaxtın Yeni Ramana (su kanalı tərəf) kimi tanınan qəsəbəsi Suraxanı və Sabunçu rayonları arasında mübahisəli ərazi sayılır. Bu səbəbdən qəsəbənin kommunal problemlərinə hansı rayon icra hakimiyyətinin baxmalı olduğu məlum deyil.

Avtosfer.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər şikayət ünvanlayıb. Bildirilir ki, hava limanından cəmi 2-3 km aralıda yerləşən qəsəbədə işıqlandırma yoxdur. Burada 50-dən çox ailə yaşayır. Yollar bərbad olduğu üçün əraziyə nəinki taksi, hətta təcili yardım maşını gəlmir. Asfalt problemi həll edilmir, zibil qutuları da yoxdur.

Sakinlərin adı çəkilən rayon icra hakimiyyətlərinə, həmçinin aidiyyəti bələdiyyələrə və təsərrüfat xidmətlərinə müraciətləri nəticəsiz qalır.

Maraqlıdır ki, evlərin “kupça”sına əsasən ərazi Suraxanı rayonu sayılır, amma kommunal xidmət haqları Sabunçu rayonunun aidiyyəti idarələrinə ödənilir.

 

FOTO QALEREYA
Seçilən
15
1
avtosfer.az

2Mənbələr