AZ

"Windows 11"də yeni xəta aşkar edilib

"Microsoft" şirkəti "Windows 11" əməliyyat sistemi üçün 24H2 böyük yeniləməsini buraxıb, amma sistemdə xətaların olduğu üzə çıxıb. Növbəti yeniləmə ilə problemləri həll etmək cəhdlərinə baxmayaraq, əməliyyat sistemində "Tapşırıq Meneceri"nin işinə təsir edən yeni nasazlıqlar aşkar edilib.

Bu barədə XDA nəşri məlumat verib.

İstifadəçilərin bildirdiyinə görə, "Tapşırıq Meneceri" işlək proqramların sayını düzgün göstərmir. Xüsusilə, "Növə görə qruplaşdır" seçimi aktivləşdirildikdə, səhifədə proseslərin faktiki sayı əvəzinə səhvən "0" göstərilir. Bu qeyri-dəqiqlik kompüter sahiblərini sistemə olan real yük barədə yanılda bilər.

"Microsoft" mütəxəssisləri bu problemin mövcudluğunu təsdiqləyib və yaxın zamanda yeniləmə buraxacaqlarını vəd ediblər. Hələlik yeganə müvəqqəti həll yolu problemi yaradan KB5044384 yeniləməsini silməkdir ki, bu da istifadəçiləri bu yeniləmədə nəzərdə tutulmuş digər düzəlişlər və təkmilləşdirmələrdən məhrum edəcək.
 
 
 
 

Seçilən
32
15
7news.az

10Mənbələr