AZ

AMB 2024-2025-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımın 3,9faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Trend xəbər verir ki, bubarədə AMB-nin sədri Taleh Kazımov mətbuat konfransındabildirib.

“Gələn il üçün artımın 3,3 faiz səviyyəsində olacağınıgözləyirik. Neft sektorunda isə bu il 6,5 faiz, gələn il isə 5,1faiz artım gözlənilir”, — o vurğulayıb.

Qeyd edək ki, noyabrın 1-də AMB uçot dərəcəsini dəyişməyərək7,25 faiz səviyyəsində saxlayıb.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar cari ildekabrın 18-də açıqlanacaq.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr