AZ

Fransa öz vətəndaşlarını süni intellektlə izləməyə hazırlaşır

Fransa öz vətəndaşlarını süni intellektlə izləməyə hazırlaşır

Fransa öz vətəndaşlarının internet hərəkətlərini süni intellektlə izləməyə hazırlaşır. Belə ki, Fransa Dövlət İnformasiya Xidməti fransızların internetdəki fəaliyyətlərinin monitorinqini sürətləndirmək üçün yeni investisiya qərarı verib. İctimaiyyət isə bu qərarla razı deyil.Fransa Dövlət İnformasiya Xidməti bu məqsədlə süni intellekt üzrə tender keçirib. Bildirilir ki, bu təşəbbüsün məqsədi vətəndaşların ictimai fəaliyyəti necə qəbul etdiyini müşahidə etməkdir. Lakin fransızların fikrincə, bu yaxınlarda özünün ilk süni intellekt və rəqəmsallaşma naziri təyin edən Paris administrasiyasının məqsədi başqadır.Fransa mətbuatının yazdığına görə, ilk olaraq X, Instagram və Facebook kimi platformalarda istifadəçilərin hərəkətləri izləniləcək.Prezident, Baş nazir və qurumlarla bağlı ictimai müzakirələrin də izlənilməsi planlaşdırılır.Bundan əlavə, fransızların Google və Youtube kimi platformalarda onlayn axtarışlarının da araşdırılacağı məlum olub.Beləliklə, Paris administrasiyası fransızların internet davranışını və üstünlüklərini qeyd və təhlil edə biləcək.Sosial şəbəkə istifadəçiləri bu qərarı şəxsi həyata müdaxilə hesab edirlər. Fransa mətbuatı da hökumətin bu addımını “məxfiliyə hücum” kimi qiymətləndirir.

Seçilən
25
2
afn.az

3Mənbələr