Gəminin qiymətlərinə gəlincə insanların marağını, uzun müddət gözləməsini nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətlərin saxlanılması qərarını verib.
Bizim.Media xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.
“Bu qiymətlər 2015-ci ildə müəyyənləşən qiymətlərdir. Nəzərə çatdıraq ki, gəminin istismar xərclərinin artmasına baxmayaraq qiymətlər 10 il əvvəlki qiymətlər olaraq saxlanıldı. Bundan əlavə 6 yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir. Su nəqliyyatında təhlükəsizliyi Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti təmin edir”,-deyə Ə. Mehdiyeva deyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta