"Ermənistan ərazisində qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi qalıb. Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları dağıdılmayıb".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycan Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O, həmin ərazilərdəki üç qəbiristanlıqla bağlı hazırda araşdırma işləri aparıldığını bildirib:
"Həmin qəbiristanlıqlarla əlaqədar xüsusi materiallar hazırlanmalı, dünya ictimaiyyətinə təqdim edilməlidir. Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən dövlətlər də günahkardır".
Müəllif: Şəbnəm Zahir