AZ

Azərbaycanda inflyasiya nə qədər olacaq? - Mərkəzi Bankdan proqnoz

Mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

"Unikal" Mərkəzi Banka istinadən xəbər verir ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın bu ilin sonuna 5,1 faiz, 2025-ci ildə isə 5,8 faiz olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Seçilən
56
3
unikal.az

10Mənbələr