AZ

"İcbari Tibbi Sığorta faydalı olsa da, problemlər var" - Komitə sədri

Milli Məclisdə onkoloji xəstələrin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi məsələsi yenidən gündəmə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında deputat Elşad Musayev danışıb.

 

O bildirib ki, sözügedən məsələyə baxılmalıdır: "Onkoloji xətələr icbari tibbi sığortaya düşmür. Seçkilər zamanı bölgələrdə qaldırılan, tələb olunan məsələlərdən biri bu idi",-deputat vurğulayıb.

 

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, həmkarının dediklərində həqiqət var: "Ötən dəfə qanun layihəsini müzakirə edəndə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasında problemlər, onkoloji xəstəliklərin icbari tibbi sıığorta zərfinə daxil edilməməsi problemlərini qeyd etdik".


O qeyd edib ki, rayonlarda kadrların olmaması yox, çatışmaması problem var:  “4 il əvvəl səhiyyə sahəsinə ayrılan məbləğ 870 milyon idisə, indi İcbari Tibbi sığorta ilə birlikdə bu, 3 milyardı keçib. İcbari Tibbi Sığorta nə qədər faydalı olsa da, problemlər var. Həkimlər təyin edilirlər, amma onlar rezidentura oxuduqdan sonra təyinat alırlar. Bu gecikməyə səbəb olur”.

Seçilən
49
1
modern.az

2Mənbələr