AZ

İcma sədri: “Ermənilər Qərbi Azərbaycandakı qəbiristanlıqlarda tanklar üçün istehkamlar qurub”

“Qərbi Azərbaycanda azərbaycanlıların dəfn olunduğu 600 qəbiristanlıqdan cəmi ikisi salamat qalıb”.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əziz Ələkbərli deyib.

“Hazırda Qərbi Azərbaycanda yerləşən 3 qəbiristanlıqla bağlı araşdırmalar gedir. Bir sıra qəbiristanlıqlar ermənilər tərəfindən qazılaraq tankların dayanması üçün yerlər düzəldilib. Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılan qalıqları müşahidə edilir.

Basarkeçər rayonunun 4 kəndində – Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir.

Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır”, – deyə deputat deyib

Seçilən
13
1
medianews.az

2Mənbələr