AZ

Xəyyam yeni layihəsini təqdim etdi

Əməkdar artist  Xəyyam Mustafazadə yeni mahnısını təqdim edib.

Dərgi.az  xəbər verir ki, ifaçı “Çaxmağı çax” adlı ifasına çəkilən klipi yutubda yayımlayıb.Ceyhun Kərimovun rejissorluğunda ekranlaşdırılan mahnının aranjımanı Vasif Adıgözəlova məxsusdur.Xəyyam yeni layihəsi ilə bağlı təəssüratlarını bölüşüb:“Dinləyicilər məni vətənpərvər mahnılar və klassik dünya musiqisi ilə tanısalar da, bu janr mənim yaradıcılığım üçün ilkdir. Əsas məqsədim 6-8 ritmli mahnını keyfiyyətli şəkildə təqdim etmək idi. Bu bizim damarımızda-qanımızda olan janrdır. Bu janrda yaxşı səslənmə, peşəkar müşayətlə ifa etmək olar. Azərbaycan musiqimizin sütunları olan Tofiq Quliyev, Ələkbər Tağıyev kimi ölməz sənətkarlar 6-8 ritmə müraciət ediblər. Bu ifamla dinləyicilər həm gözəl musiqi, həm də gözəl ritmlərlə əylənə bilərlər”.

 

Seçilən
104
dergi.az

1Mənbələr