Azərbaycan Mərkəzi Bankına bir yerli bank islam bankçılığı ilə bağlı müraciət edib.
Valyuta.az xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.
"Biz əsasən sukuk istiqrazlarının buraxılmasına fokuslanmışıq, Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyn hazırlanmasına başlamışıq. Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Həmin bir banklar test rejimində fəaliyyət üçün danışıqlar gedir. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir. Açığını desəm bu layihənin icrasına 3-5 il vaxt lazımdır. Əsas məqsədmimz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır", - deyə o qeyd edib.