23 oktyabr 2024-cü il tarixində “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.
“Ən maraqlısı isə budur ki, tədbirin sonunda ADY-ə yaxın olan bir qrup jurnalistə ADY sədri Rövşən Rüstəmov adından 300 manat məbləğində xüsusi alış-veriş kuponları paylanılıb. 300 manatlıq kuponlar jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova tərəfindən paylanılıb. Jurnalistlərədən xahiş olunub ki, bu barədə kimsəyə bir söz deməsinlər. Həmçinin, mətbuatda ADY ilə bağlı yazılan tənqidlərə aktiv şəkildə cavab versinlər...", - deyə vurğulanır.
Hurriyyet.az məsələ ilə bağlı jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova ilə əlaqə saxlayıb. O, qeyd olunan iddiaları təkzib edib: “ADY tərəfindən bir qrup şəxsə 300 manatlıq kuponların paylanması barədə Tribunainfo.az saytında dərc edilmiş xəbəri təkzib edirik.
Məqalədə 23 oktyabr tarixində “Dayanıqlılıq hesabatı”nın təqdimatı zamanı bir qrup şəxsə alış-veriş kuponlarının verilməsinin gizli saxlanılmasının və həmin şəxslərdən şirkətlə bağlı tənqidlərə aktiv şəkildə cavab verilməsinin istənilməsi barədə yer almış iddiaların heç bir əsası yoxdur.
ADY-nin reputasiyasını bilərəkdən zədələmək məqsədi güdən bu cür məlumatlar tamamilə qərəzli və böhtan xarakterlidir.
Tribunainfo.az ilk mənbə olaraq bu xəbəri paylaşmışdı və tez bir zamanda da sildilər”.
Hurriyyet.az