AZ

“Xamenei hücum əmri verib” – İran hazırlıqlara başlayıb

İranın ali rəhbəri Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib

7Times.az  xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri adı açıqlanmayan İran rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, bu barədə  tapşırılıq Ali Milli Təhlükəsizlik Şurasına verilib.

Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib.

Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir. 

Qeyd edək ki, bəzi iddialara görə, İran 5 noyabrda ABŞ-də baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır.

“AzPolitika.info”

Seçilən
22
21
7times.az

10Mənbələr