AZ

"Hər turdan sonra gəmi təmizlənib yenidən limandan ayrılacaq" —AÇIQLAMA

İki illik fasilədən sonra dənizkənarı bulvarda sərnişin gəmisinin hərəkəti bərpa edilib. Bu gün gəmi fasilədən sonra ilk gəzintisini edib. Gəminin ilk qonaqları jurnalistlər olub. 

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Demokrat.az-ın sualını cavablayıb:

O, gəminin iş qrafikinin 14:00-21:00 arasında dəyişəcəyini bildirib. 

"Tələbata uyğun olaraq gəminin iş qrafikində dəyişiklik ola bilər. Gəminin tur müddəti 30 dəqiqədir. Tur bitdikdən sonra limana gələn gəmidə təmizlik işləri aparılacaq. Gəmi daha sonra yenidən yeni sərnişinlərlə limandan ayrılacaq".

Qiymətlərin olduğu kimi qalacağını deyən rəhbər əcnəbilər üçün də qiymətlərin dəyişmədiyini bildirib. 

Əfsanə Kamal
Demokrat.az
Seçilən
44
demokrat.az

1Mənbələr