AZ

Kaş həmişə belə ola...    

Bakıda uzun müddət idi ki, küçə ticarəti tüğyan edirdi. Hətta elə küçələr var idi ki, səki ilə getmək belə mümkün deyildi.

İndi COP- 29- la  bağlı olaraq demək olar ki, paytaxtımızın  bütün yerlərində küçə ticarətinin qarşısı alınır. Əvvəllər " Vosmoy"  bazarı kimi tanın 8 Kilometr bazarında vəziyyət daha  bərbad idi. Küçənin ortasına paş- paltar töküb satırdılar.

Bazadan piyada yuxarı qalxmaq mümkün deyildi. Hətta bazarın ətrafındakı  səkidə belə sənaye  məhsullarından tərpənmək mümkün deyildi. Orada hara ayaq basırdın bu məhsullarla rastlaşırdın . Bir sözlə, küçədə yerimək mümkün deyildi. Eyni zamanda Yeni Günəşlidə də  küçə ticarətinin qarşısı alınıb.

Bir qadın vardı, içi qarpız, meyvə dolu maşını küçədə saxlatdırıb,  məhsulları yolun ortasında satırdı. Hələ bu azmış kimi, o məhsulları səkiyə yığır, özü də orda əyləşib, çay içirdi, piyadalar isə səkidə yeriyə bilmir, məcbur olub, yolun hərəkət hissəsinə çıxırdılar. Bu qayda- qanunun bərpa olunmasında  Çevik Polis Alayının çox böyük xidməti var! Küçələr və səkilər təmiz olanda Bakımız  daha gözəl  görünür. Kaş , həmişə belə ola !!!

Emil Faiqoğlu   

Seçilən
34
adalet.az

1Mənbələr