AZ

“Efirin dəyərini itirmişik” - Tünzalə

“İnterneti böyük küçəyə bənzədirəm. Bu küçədən maşınlarda gedir, ayaqla gedənlərdə var, evlər, eyvanlar, səs-küy var. Biz sakit yolla keçdiyimiz zaman kiminsə bizimlə, bizim də kiminləsə işi yoxdur. Amma birdən biz dayanırıq və səs eşidirik. Kimsə eyvandan qışqırır və ya hansısa hadisə baş verir. Bu zaman bütün küçənin diqqəti orada olur”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu RTV-də yayımlanan jurnalist Türkan Məmmədlinin təqdimatında “Çərçivədən kənar” verilişində deyib.

Nadir hallarda televiziyaya çıxan sənətçi bildirib ki, efir öz dəyərini itirib:

“Efirlərə tez-tez getmək məni yorur. Gözümün önündə televiziya nəsli böyüyüb. Televiziyada çalışanların hamısı ilə mənim çox gözəl münasibətim var. Onlar mənə çox doğmalaşıb. Efirin dəyərini itirmişik. Əgər reytinqlər könül oxşayan söhbətlərdə deyil qışqırmaq, bağırmaq və aşağı səviyyənin üzərində qurulursa mənim orada nə işim var”.

Seçilən
22
3
olay.az

4Mənbələr