AZ

ADY: COP29 zamanı əlavə 5 minədək sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkündür

Bakıda keçiriləcək COP29 zamanı gündəlik 5 minədək əlavə sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkün olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

“Bu rəqəm az da ola bilər. Biz maksimal olaraq bu sayı nəzərdə tutmuşuq. Hazırda Bakı Dəmir Yolu Vağzalından gündəlik 27 min sərnişin istifadə edir. COP29 dövründə ümumilikdə 32 minə yaxın sərnişin vağzalın xidmətlərindən istifadə edə biləcək”, - deyə Azər Fərəcov əlavə edib.

Seçilən
64
3
xezerxeber.az

4Mənbələr