AZ

Efirlərə tez-tez getmək məni yorur

“İnterneti böyük küçəyə bənzədirəm. Bu küçədən maşınlarda gedir, piyada gedənlər də var. Sakit yolla keçdiyimiz zaman kiminsə bizimlə, bizim də kiminləsə işi yoxdur. Amma birdən dayanırıq və səs eşidirik. Kimsə eyvandan qışqırır və ya hansısa hadisə baş verir. Bu zaman bütün küçənin diqqəti orada olur”.

Viral.az olay-a istinadla xəbər verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva RTV-nin “Çərçivədən kənar” verilişində deyib.

Nadir hallarda televiziyaya çıxan müğənni bildirib ki, efir öz dəyərini itirib:

Son Yazılar:

“Efirlərə tez-tez getmək məni yorur. Gözümün önündə televiziya nəsli böyüyüb. Televiziyada çalışanların hamısı ilə mənim çox gözəl münasibətim var. Onlar mənə çox doğmalaşıb. Efirin dəyərini itirmişik. Əgər reytinqlər könül oxşayan söhbətlərdə deyil qışqırmaq, bağırmaq və aşağı səviyyənin üzərində qurulursa mənim orada nə işim var”.

Seçilən
13
1
viral.az

2Mənbələr