AZ

Hakan Fidan Afrikada keçiriləcək mühüm konfransa qatılacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan 2-3 noyabr tarixlərində Cibutidə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlığının Üçüncü Nazirlər İcmal Konfransında iştirak edəcək.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Qeyd edək ki, sonuncu Zirvə görüşü 16-18 dekabr 2021-ci ildə İstanbulda keçirilib. Növbəti sammitin 2026-cı ildə Afrika ölkəsində keçirilməsi gözlənilir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr