“Unibank”ın “Əjdaha” lotereyasının üçüncü tirajının qaliblərinə hədiyyələr təqdim olunub. Tirajın əsas hədiyyələri olan 2 ədəd “Toyota Corolla Cross” avtomobili və 10 ədəd “iPhone 15 Pro” telefonu qaliblərə birbaşa təqdim edilib, pul uduşları isə qaliblərin “Unibank” bank kartlarına köçürülüb. Lotereya qalibləri hər tirajın sonunda Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilir.
“Əjdaha” lotereyasının üçüncü tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:
Nuridə Əmənova 1 ildən çoxdu “Unibank” müştərisidir: “ Son 1 ildə bütün alış-verişlərimi Ucard-la edirəm. Çox sərfəlidir, çox rahatdır. Lotereya haqda məlumatlı olsam da, bildiriş gələndə ki “Əjdaha” lotereyadan “iPhone” qazanmısınız, doğrusu inanmadım. Zəng edib bankla dəqiqləşdirdim. Çalışacam növbəti tirajlara çox şans qazanım, çünki avtomobil, mənzil kimi daha gözəl hədiyyələr də var”.
Maksim Kabalnov isə 2018-ci ildən “Unibank” müştərisidir. Elə qalib olduğunu Xəzər TV-nin canlı efirindən eşidib: “ Lotereya haqda məlumatlıydım. “iPhone 15 Pro” qazandığımı da canlı efirdən bildim. Telefonuma bildiriş gələndən sonra qalib olduğuma bir daha əmin oldum. Təbii ki, belə gözəl hədiyyə qazanmaq çox sevindiricidir. Doğru bank seçdiyimə bir daha əmin oldum”.
Daha bir “iPhone 15 Pro” qalibi Rasim Sadıqov lotereyadan məlumatı olmasa da, ödənişlərini hər zaman “Unibank”ın təqdim etdiyi kart ilə edib: “ Qalib olsam da, olmasam da “Unibank”a həmişə güvənmişəm, xidmətinin keyfiyyətindən, şəffaflığından əmin olmuşam. 10 ildən çoxdur bankın müştərisiyəm və əksər xidmət və məhsulundan istifadə edib, razı qalmışam”.
“Əjdaha” lotereyasının 3-cü tirajında “Toyota Corolla Cross” avtomobili qazanan Ruslan Əskərov 10 ildən çoxdur “Unibank”ın müştərisidir: “Bu illərdə bankın məhsul və xidmətlərindən hər zaman razı qalmışam, çünki müştəriyə bank üçün dəyərli olduğunu hiss etdirir. Avtomobil böyük və hər kəsin xəyalı olan bir hədiyyədir. Hər tirajda yüzlərlə müştərisinə belə sevinc yaşatdığı üçün “Unibank”ı alqışlayıram”.
Azər Nəsrullayev də üçüncü tirajın avtomobil qalibidir: “Uzun illərdir “Unibank” kartlarından istifadə edirəm. Lotereyadan məlumatım var idi. Hətta şans sayıma görə pul uduşu qazanacağımı düşünürdüm, amma “Toyota Corolla Cross” avtomobili udacağımı gözləmirdim. Mənə çox böyük sürpriz oldu. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. “Unibank” həmişə seçilməyi bacarıb. Elə bu lotereya, bu qiymətli hədiyyələr də, bunun göstəricisidir”.
Lotereyanın dördüncü tirajının qalibləri noyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq oktyabrın 21-dən noyabrın 20-dək “Unibank” kartları ilə etdiyiniz ödənişlər sizə 4-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.
“Seabreeze Park Residence-2”-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, 8 ədəd “Toyota Corolla Cross” avtomobilindən, 50 “Apple iPhone 15 Pro” telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az ) öyrənə bilərsiniz.
“Unibank” kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
“Unibank” – Sənin Bankın!