AZ

SOSİAL Bu şəxslər Azərbaycana buraxılmır

“Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən etibarən axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib, ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib”.   Manset.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib. O qeyd edib ki, dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 min 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib. “Eyni zamanda, müxtəlif səbəblərdən “arzuolunmaz şəxs” qismində 2 min 106 əcnəbi ölkə ərazisinə buraxılmayıb.

Qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 3 min 599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kiloqram 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb”, - E.Verdiyev bildirib.

Seçilən
13
36
manset.az

10Mənbələr