AZ

“ATV Plus” cərimə olundu

“ATV Plus” cərimə olunub.

 

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

 

Audiovizual Şura tərəfindən aparılan monitoriqlər nəticəsində multipleks operatoru olan "ATV Plus" MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanmış və 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilmişdi.

 

Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə "ATV Plus" MMC qeyd olunan pozuntuya görə 5000 manat cərimə olunub.

Tarix: 1 Noyabr 2024, 16:54   
Seçilən
9
9
pravda.az

10Mənbələr