AZ

Geyim mağazasının müdiri soyunub-geyinmə otaqlarına gizli kamera yerləşdirdiyinə görə həbs edilib

Yaponiyada geyim mağazasının müdiri qadın müştəriləri soyunub-geyinmə otaqlarında gizli şəkildə lentə aldığı üçün həbs edilib.

Editor.az ölkə mediasının verdiyi məlumata istinadla xəbər verir ki, Uniqlo mağazasının meneceri, 35 yaşlı Kohei Takahashi, soyunub-geyinmə otaqlarında səkkiz müştərini gizli videoya çəkdiyi üçün polis tərəfindən həbs edilib. Tokio Metropolitan Polis Agentliyinin məlumatına görə, çəkilişlər iyulun 28-dən avqustun 13-dək baş verib. Çəkiliş üçün Takahaşi soyunub-geyinmə otaqlarında gizlətdiyi smartfonundan istifadə edib. Polis əməkdaşları onun telefonunda bu şəkildə çəkilmiş 44 video tapıblar. Həmin şəxs özü də günahını etiraf edib və əməlindən peşman olduğunu deyib. Mağaza nümayəndələri müştərilərdən üzr istədiklərini deyiblər.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
38
editor.az

1Mənbələr