AZ

“Yaxın günlərdə yox olacağam”

“Hazırda gündəmimdə ancaq İbrahim Tatlısəslə eyni səhnəni paylaşmaq var. 26 ildən sonra onunla yenidən birgə bir səhnəyə çıxacağam. Çox həyacanlıyam. Səhnəyə ayrı-ayrı çıxacağıq, amma keçmiş günləri xatırlayacağıq. Tez-tez danışırıq, məni çox güldürür”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova türk mediasına müsahibəsində deyib. İfaçı İbrahim Tatlısəslə 26 il sonra yenidən eyni səhnəni bölüşəcəyini deyib:

“İbrahim bəy nömrəsini dəyişib. Mənə zəng edəndə bilmədim ki, odur. Tanımadığım nömrələri açmıram. Sonra yazdı ki, mənəm, İbrahim bəy. Ondan sonra zəngləşdik. Dedim ki, mən nə bilim bu sizsiniz. İbrahim bəy mənim atamdır. O bir ata olaraq mənə hər zaman dəstəkdir. Mənim də ona vəfa borcum var. Bax beləcə bizim sevgimiz davam edir”.

 

Günel İ.Tatlısesin ifaçı qızı Dilanla aralarında yaşanan qalmaqalla bağlı suala “Ailə mövzularına qarışmıram. Çünki bu onların ailə həyatıdır. İbrahim bəyin oğlu İdo və qızı Dilanla birgə böyümüşəm, bizim tanışlığımız, ünsiyyətimiz var. Tək deyəcəyəm böyüklərə hörmət etmək lazımdır” cavabını verib.

 

Zeynalova son günlər gündəmə gələn Asya Əlizadə və türk müğənni Edisin Azərbaycanı “AVroviziya”da təmsil etməsi məsələsinə reaksiya bildirib:

 

“Biz iki dövlət bir millətik. Dinimiz və dilimiz birdir. Düşünürəm ki, iki qardaş ölkə olaraq çox gözəl və uğurlu bir proqram olar və orada qalib gələrik. O, çox uğurlu bir sənətçidir. Niyə də olmasın? Hamımız onun mahnılarını dinləyirik. Əgər kiçikdən böyüyə kimi onun mahnılarını insanlar əzbər bilirsə demək ki, o ifaçı uğurludur”.

 

Günel xeyli çəki atmasından söz açıb:

 

“Yaxın günlərdə yox olacağam. 45 kilo çəkiyə düşmüşəm. Amma səhnə bunu tələb edir. Amma yaxşıyam”.

Seçilən
41
5
tribunainfo.az

10Mənbələr