AZ

Hesablama Palatası dövlətə məxsus sosial fondların 2025-ci il büdcəsinə rəy verib

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Fins.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, iclasda “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsinə və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikasının Hesablama Palatasının Rəyləri müzakirə olunub.

Bildirilib ki, Rəylərin hazırlanmasında məqsəd büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc istiqamətləri üzrə tərtib edilmiş proqnoz göstəricilərinin əsaslılığının və nəzərdə tutulan sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğunun, büdcə layihələrinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməsi vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.

Müzakirələrdə Rəylərin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəylərin təsdiq olunması və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul olunub.

Fuad Mədətov
Fins.az

Seçilən
13
12
fins.az

10Mənbələr