Cənubi Afrikanın almazla zəngin ölkəsi Botsvanada çərşənbə günü keçirilən ümumi seçkilərdən təəccüblü nəticə ortaya çıxıb.
Publika.az xəbər verir ki, hakim partiya 58 ildən sonra seçkilərdə məğlub olub.
Prezident Mokvetsi Masisi məğlubiyyətini etiraf edərək qalib müxalifəti təbrik edib.
2,6 milyon əhalisi olan ölkədə son vaxtlar artan işsizlik və Masisi rəhbərliyindən narazılıq müxalifətə dəstəyi artırıb.