AZ

Gürcüstanın hakim partiyası müxalifəti seçkilərdə səsləri oğurlamaqda ittiham edib

Hakim “Gürcü Arzusu” partiyası son parlament seçkilərində tərəfdarlarının səslərinin oğurlanması ilə bağlı 81 fakt müəyyən edib.

Bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, “Gürcü arzusu”nun tərəfdarları artıq seçki məntəqələrində öyrəniblər ki, onlar tamamilə ayrı-ayrı rayonlarda müxtəlif müxalifət partiyalarından olan müşahidəçilər tərəfindən qeydiyyatdan keçiblər.

Mdinaradze qeyd edib ki, 81 analoji hal müəyyən edilib və “Gürcü arzusu”onları Gürcüstan Prokurorluğuna təqdim edəcək.

Seçilən
36
aznews.az

1Mənbələr