AZ

“Bakıda mühakimə olunanların sıralarını genişləndirməyi düşünürük”-şok açıqlama


“Avropa Siyasi Birliyinin əvvəlki toplantılarında da regional münaqişələr müzakirəyə çıxarılmışdı. Qarşıdakı Budapeşt görüşündə də Cənubi Qafqaz məsələləri gündəmə gətiriləcək. Düşünürəm ki, Gürcüstanda son seçkilərdən sonra yaranmış durum daha çox müzakirə predmeti olacaq”. 

Politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a Azərbaycan və Ermənistan liderlərinin Budapeştdə görüşə biləcəyi ehtimallarını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, Ermənistan COP29 ərəfəsində  Azərbaycana qarşı Avropa quruluşlarının son vaxtlar başlatdıqları təxribatları davam etdirəcək:

“Ermənistan bu toplantıda iki məsələ ilə üzərimizə gələ bilər. Birincisi, erməni əhalinin Qarabağa geri dönüşü məsələsidir, bu sammitin miqrasiya kateqoriyasına daxildir, digəri isə Azərbaycandakı "hərbi əsirlər" məsələsidir. Artıq səsləndirilməkdədir ki, Ermənistan o halda  Bakıdakı COP29-a qatıla bilər ki, gedən nümayəndə heyəti "hərbi əsirlərlə" geri dönsün”.

Azərbaycan belə bir addım atarmı?

Q.Çaxmaqlı: “Məncə, mümkün deyil. Bakıda mühakimə olunanlar torpaqlarımızda cinayət törətmiş şəxslərdir, hələ onların sıralarıı genişləndirməyi düşünürük. Üstəlik, Ermənistanda belə cinayətkar şəxslər hələ də azadlıqdadır. Azərbaycan onları Ermənistandan tələb etməkdədir. Ermənistan Budapeşt sammitində özünün bəzi  tələblərin əsaslarını ortaya qoymaq niyyətindədir, Avropa Birliyindən də dəstək istəyəcək”.

Politoloq Bakıdakı böyük bir tədbirə bir  neçə gün qalmış prezident İlham Əliyevin Budapeştə gedəcəyini zənn etmir: “Şübhəsiz ki, Avropa Birliyi Ermənistan Azərbaycan münasibətlərində öz rolunu artırmaq və bu sahədə gələcək proseslərə nəzarəti ələ almaq istəyir. yenidən təşəbbüsü ələ almaq kimi bir məramın olduğunu düşünmürəm, çünki Azərbaycanla Ermənistan artıq ikitərəfli danışıqlar formatını seçiblər və irəliyə önəmli addımlar atılıb. Aİ-nın müdaxiləsi prosesə zərər verə bilər. Həm də onu nəzərə almalıyıq ki, Avropa  təşkilatları Azərbaycana qarşı son vaxtlar qərəzli mövqe sərgiləyirlər”.

E.Paşasoy,

Musavat.com 

Seçilən
32
musavat.com

1Mənbələr