Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində su borusu partlayıb.Bu barədə "Baku.ws” paylaşım edib.
Ərazidə yaşayan sakinlər bildirib ki, hadisə nəticəsində içməli su yola axır: "Borudan axan su həm piyadaların, həm də avtomobillərin hərəkətinə çətinlik yaradır. Çox istərdik ki, tez zamanda boru təmir edilsin, problem aradan qaldırılsın”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, sözügedən problemlə bağlı tədbir görülüb:
"Su kanal idarəsinin qəza xidməti vəziyyətdən xəbərdardır, qəzanın aradan qaldırılması istiqamətində işlər görülərək qəza aradan qaldırılıb”.
www.anews.az