AZ

Xəzərin “Mirvari”si ilk gəzintisinə çıxdı: Qiymətlər artırılıb?(VİDEO)

“İki illik fasilədən sonra bu gün fəaliyyətini bərpa edən “Mirvari” gəmisində səyahət müddəti 30-40 dəqiqə təşkil edir”. Bunu  açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

“Bildiyiniz kimi gəmi üçmərtəbəlidir. Qiymət isə dəyişməyib. İstismar xərclərinin artmasına baxmayaraq, 2015-ci ildən müəyyən olunan qiymətlər artırılmayıb. 6 yaşına kimi uşaqlar üçün ödənişsizdir. Qiymətlər gəmidə yerə və mərtəbəyə görə müəyyən olunur və 5-10 manat aralığında dəyişir.

Gəmi artıq Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Burada suyun dərinliyi gəminin rahat və təhlükəsiz hərəkətinə imkan verir”, – deyə Ə.Mehdiyeva bildirib.

Seçilən
20
2
busaat.az

3Mənbələr