AZ

Sığorta müqavilələrinin sayı 50% azalacaq - Taleh Kazımov

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının 60%, sığorta müqavilələrinin sayını isə 50% azaldacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirilən brifinqdə məlumat verib.

T.Kazımov, yaranacaq boşluğun yaxın 3 il ərzində özəl sektor tərəfindən doldurulacağını bildirib.

Xatırladaq ki, gələn ildən dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılması planlaşdırılır. Bu dəyişiklik, sığorta sektorunda əhəmiyyətli təsir göstərəcək və yeni sığorta strategiyalarının inkişafını tələb edəcək.

Fuad Mədətov
Fins.az

Seçilən
86
fins.az

1Mənbələr