AZ

İnflyasiya niyə artır? — SƏBƏB

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən konfransda ölkədə inflyasiyanın səviyyəsindən danışıb. T.Kazımov bildirib ki, hazırda Azərbaycanda inflyasiyanı artıran amil xarici ticarət tərəfdaşımız olan ölkələrdəki bahalaşma, inflyasiyanı azaldan amil isə manatın nominal effektiv məzənnəsinin artmasıdır. AMB sədri qurumun illik inflyasiya proqnozuna düzəliş etdiyini xatırladıb: "Bu il üçün inflyasiya proqnuzunu 0,3 faiz bəndi azaldaraq 5,1 %, gələn il üçün isə inflyasiya proqnozunu 0,3 faiz bəndi artıraraq 5,8 %-ə çatdırmışıq".

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, xarici ticarət tərəfdaşımız olan ölkələrdəki bahalaşmanın qarşısını almaq mümkün deyil. Yerli istehsalı artıraraq idxaldan asılılığı azaltmaqla inflyasiyada dəyişikliyə nail olmağa gəlincə isə ekspert bunun da çıxış yolu olmadığını bildirib:

“Bu, inflyasiyaya təsir etmir. Məsələn, quş əti istehsal edirik – 75 faizi yerli istehsal hesabınadır tələbatın. Amma görürsünüz ki, bahalaşır. Çünki dünyada baş verən proseslər Azərbaycana da mütləq şəkildə təsir edir. Balıq istehsalı da yerli olsa, bahalaşır. Rüsum tətbiq edildikdə də bahalaşma baş verir. Dünyada baş verən proseslərdən ölkəni təcrid etmək mümkün deyil. Özümüzün qazı, benzini var, amma yenə də bahalaşır, əhali də narazılıq edir. Hələ bunları dövlət tənzimləyir. Pal-paltarı, avtomobillərin qiymətini isə dövlət tənzimləmir. Ölkədə nəyi ucuz istehsal etmək mümkündürsə, edirik. Bəzi malları isə xaricdən idxal etmək daha sərfəli olur”.

Törə Zeynallı

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr