54 yaşlı hüquqşünas Duma Boko Botsvananın yeni və sayca altıncı prezidenti seçilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin baş hakimi Terrens Rannovane milli televiziya vasitəsilə məlumat verib.
Boko iki gün əvvəl ölkədə keçirilmiş parlament seçkilərində qalib gələn “Demokratik Dəyişiklikləri Naminə” (DDN) müxalif koalisiyasının lideridir.