AZ

Qulu AĞSƏS: YUXU DƏRMANI

(“Ərzi-əsri-hal-namə”dən)

 

...Həə, əzizlərim,

uşağın asfalta düşən

çörəyi öpüb gözü 

üstünə qoymağına –

nağıllardakı kimi – 3 gün, 

3 gecə kövrələndən 

sonra üz tutdum 

psixoloqa. Xanımın 

tıxacdan verdiyi 

suallara könülsüz

“hə-hı” elədim.

Psixoloq bu dəfə 

kimyəvi biliyimi 

yoxlayıb, ardınca 1 şeir 

deməyimi xahiş elədi.

İstədim, “Uşaq və 

buz”u deyəm, 

fikirləşdim, qadın 

seansı uzadar. Keçdim 

öz yaradıcılığıma.

“Görsən üşüyürsən, 

yandır özünü!” – 

gözucu baxdım ki, 

psixoloq aglayır. Qəfil 

ayağa durub:

“Yandıracam bir gün!”  

dedi. Xanımı güc-bəla 

sakitləşdirib çıxdım...

Küçədə yerə düşən 

çörəyi öpüb gözü üstə 

qoyan uşağı axtarıram.

Onu öpüb gözüm üstə 

qoyacam...

Seçilən
56
adalet.az

1Mənbələr