AZ

AFFA-dan son qərar – Komanda kimə tapşırıldı?

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Belarusda təlim-məşq toplanışı keçəcək.

Yğma hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

AFFA U-21-i səfərə kimin aparacağını artıq dəqiqləşdirib. Kollektivə yenə Samir Əliyev rəhbərlik edəcək.

Federasiya son bir neçə ildə millini çalışdırmış mütəxəsslə müqavilə müddətinin bitməsinə baxmyaraq, belə bir imkan yaradıb. Bu da Əliyevin komandanı daha yaxşı tanımasına görədir.

Yeri gəlmişkən, bu səfər AFFA rəhbərliyində fikir ayrılığı yaradıb. Texniki direktor Cahangir Həsənzadə millinin Belarusa yollanmasının əleyhinə çıxıb.

O, Avropa çempionatının seçmə mərhələsində biabırçı çıxışın futbolçulara pis təsirini və Samir Əliyevin müqavilə müddətinin bitməsini əsas gətirib.

Bildirib ki, bu matçlar komandaya yaxşı mənada heç nə qazandırmayacaq.

İcraçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə bunu bunları başa düşdüyünü, ancaq Belarus Futbol Federasiyası ilə daha öncədən danışıqlar aparıb razılıq əldə etdiklərini söyləyib: «Onlar mənim dostlarımdır. Sözümüzü geri götürə bilmərik».

SPORTİNFO.AZ

Seçilən
25
1
sportinfo.az

2Mənbələr