AZ

ÜST dünya miqyasında rekord vərəmə yoluxma haqda məlumat yaydı

2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyulub ki, bu da ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayır.

Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.

Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.

Seçilən
23
8
turkustan.az

10Mənbələr