AZ

İsrail HƏMAS-ın yüksək rütbəli üzvünü məhv edildiyini AÇIQLADI

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvlərindən olan İzzəddin Kassabı qətlə yetiriblər.

Qaziler.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirilən hədəfli zərbələr nəticəsində Fələstin anklavının cənubundakı Xan Yunis şəhəri yaxınlığında məhv edilib.

SAXAL bildirib ki, Kassab Qəzza zolağında sağ qalan HƏMAS Siyasi Bürosunun sonuncu yüksək rütbəli üzvlərindən biri olub. Onunla yanaşı köməkçisi Ayman Ayeş də məhv edilib.

İsrail ordusu “əhəmiyyətli gücə malik olan” Kassabın İsrailə qarşı hücumların təşkilində iştirak etdiyini iddia edib.

QAZİLER.AZ

Seçilən
5
50
qaziler.az

10Mənbələr