AZ

Samir Abasovdan "Bir az dözün" çağırışı

"Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə çox əziyyət verdilər. Oyun haqda da danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxmışdı. Onsuzda "Sabah"la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. Bu yola çıxmışıq. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar. Bu gün üzülürük. Ən azından “Neftçi” olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni informasiyalar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram. Durum budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Bir az dözmək lazımdır. Özümə və futbolçularıma deyirəm. Çox istəklidirlər. Zədəlilər var, onlar da tez sağalıb qayıtmaq istəyirlər. Bu periodu belə çətin oyunlarla, məğlubiyyətlərlə keçməliyik. Azarkeşlər də ümidlidir. Futbolçularım da çox üzülür. Çalışacağıq ki, vəziyyətdən çıxaq. Komanda kimi futbol göstərək, qalib gələk".

Qeyd edək ki, "Neftçi" Samir Abasovun rəhbərliyi ilə ilk dəfə uduzub.

İdman.biz

Seçilən
9
2
idman.biz

3Mənbələr