AZ

Qızıl evdə saxlanılmalı, yoxsa bankın seyfində?

Vaxtaşırı  vətəndaşların qızıl-zinət əşyalarının oğurlanmasının şahidi oluruq. 

Mütəxəssislər isə təklif edir ki, vətəndaşlar qiymətli əşyalarını evdə deyil, bankda təhlükəsiz şəraitdə saxlasınlar. 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, yaxşı olar ki, vətəndaşlar qızıl-zinət əşyalarını banklarda seyflərdə saxlasınlar:

 “Söhbət yüksək dəyərdə olan qızıl-zinət əşyalarından gedir. Həmin seyfləri icarəyə götürə bilərlər. Bank bağlansa belə bunun vətəndaşa hər hansı bir təsiri olmayacaq”.

Sevinc

Seçilən
37
hit.az

1Mənbələr