AZ

“Azərreyl” finala yüksələ bilmədi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qadın voleybolçular arasında təşkil olunan ölkə kubokunda finalçılar bəlli olub.

Apasport.az xəbər verir ki. GİN-in Voleybol Mərkəzində keçirilən yarimfinal mərhələsində ilk olaraq “Gəncə” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.

Gərgin keçən bu oyunda “Gəncə” 3:1 hesabı ilə qələbə qazanıb.

Növbəti qarşılaşma isə “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn “Abşeron” finala yüksəlib. 

Noyabrın 4-də keçiriləcək final qarşılaşmasında “Gəncə” və “Abşeron” komandaları üz-üzə gələcək. 

1 noyabr 

Ölkə kuboku

Yarımfinal

“Gəncə” - “Milli Aviasiya Akademiyası” - 3:1 (29:27, 25:21, 19:25, 25:20)

“Azərreyl” - “Abşeron” - 1:3 (27:25, 19:25, 15:25, 13:25)

“Gəncə” və “Abşeron”dan qələbə

“Gəncə” və “Abşeron”dan qələbə

AVF hakimlər üçün seminar təşkil edib

Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub

Təmsilçimiz Avropa çempionu olub

Seçilən
32
2
apasport.az

3Mənbələr