AZ

İnsanlar anonim zənglərlə ölüm təhdidləri alırlar - Reçan

Moldova Respublikası görünməmiş bir hücumla üzləşib. Bütün ölkədə insanlar anonim zənglərlə ölüm təhdidləri alırlar.

Axar.az xəbər verir ki, bunu Moldova Baş naziri Dorin Reçan deyib.

“Jurnalistlər, tanınmış şəxsiyyətlər və sadə vətəndaşlar təhdidlər alıblar”, - baş nazir bildirib.

Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Moldovanın hazırkı Prezidenti Maya Sandu və sosialist namizəd Aleksanda Stoyanoqlo prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.

Seçilən
72
7
axar.az

10Mənbələr